CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası başlayır - 31 məsələ var

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələrinin qarşılıqlı tanınması, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsaslarının yaradılması və digər mühüm məsələlər müzakirə ediləcək.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Milli Məclisin plenar iclası başlayır. İclasın gündəliyinə 31 məsələ daxil edilib. Həmin məsələlər bunlardır:
1. "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
2. "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
4. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
5. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, 2000-ci il 14 aprel tarixli 859-IQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə"də, 2005-ci il 3 may tarixli 903-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"ndə və 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
6. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Müflisləşmə və iflas haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında", "Mülki müdafiə haqqında", "Qrant haqqında", "Hidrometeorologiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
7. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Məlumat azadlığı haqqında", "Nəşriyyat işi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya əldə etmək haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
8. "Dini ekstremizmə qarşı mübarizə haqqında", "Lisenziyalar və icazələr haqqında", "Hərbi vəziyyət haqqında", "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Məşğulluq haqqında", "Hesablama Palatası haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında", "Psixoloji yardım haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və "Turizm haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
9. "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "İctimai iştirakçılıq haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
10. "İpoteka haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Dərman vasitələri haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Dövlət borcu haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
11. "Coğrafi obyektlərin adları haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Arıçılıq haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "Fərdi məlumatlar haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
12. "Lotereyalar haqqında", "Elektron imza və elektron sənəd haqqında", "Ovçuluq haqqında", "Fövqəladə vəziyyət haqqında", "Mühasibat uçotu haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
13. "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Torpaq bazarı haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Su təchizatı və tullantı suları haqqında" və "Taxıl haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
14. "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd mühafizə orqanları haqqında", "Daxili qoşunların statusu haqqında", "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", "Haqsız rəqabət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" və "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
15. "Yerli rəy sorğusu haqqında", "Avtomobil yolları haqqında", "Diplomatik xidmət haqqında", "Dövlət satınalmaları haqqında", "Gənclər siyasəti haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında", "Tənzimlənən qiymətlər haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
18. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
19. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
21. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
22. "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
23. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
25. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
26. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
28. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
29. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
30. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.