BAKI, 17 fevral — Sputnik. İtaliyanın Rusiyadakı səfiri Corco Staraçe fevralın 17-də Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, İtaliya səfirinin çağırılmasına səbəb bu yaxınlarda bir sıra rusiyalı ifaçının İtaliyadakı çıxışlarının ləğv edilməsi olub.
Qeyd edilib ki, Rusiya İtaliyadan gələn mədəniyyət xadimlərinə məhdudiyyətlər qoymaq niyyətində deyil.
Bundan başqa, ötən gün Niderlandın Moskvadakı səfiri Hilles Arno Beshoor da Rusiya XİN-ə çağırılıb.
Nazirliyin bəyanatında məlumat verilib ki, Niderland hakimiyyətindən "MH-17" təyyarəsinin vurulmasına görə məsuliyyətin Rusiyanın boynuna qoyulmasını dayandırması tələb olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.