BAKI, 17 fevral — Sputnik. "NTD" klubunun təqibçiləri liderin səhv addımından istifadə edib xal fərqini minimuma endirə bilər. Basketbol üzrə Azərbaycan çempionatının lideri "NTD" gözlənilmədən böyük hesablı məğlubiyyətlə üzləşib.
Basketbol üzrə ölkə çempionatında 18-ci turun oyunlarına start verilib. Mərkəzi qarşılaşmada lider "NTD" və təqibçilər qrupunda yer alan "Xırdalan" üz-üzə gəliblər. Çoxları üçün gözlənilmədən lider 20-yə yaxın xal fərqi ilə böyük hesablı məğlubiyyətlə üzləşib - 77:95 (12:19, 18:23, 22:27, 25:26).
Matçın qəhrəmanı komandasının qələbəsinə ən böyük töhfəni verən (34 xal) "Xırdalan"ın amerikalı legioneri Deymon Makduell olub. Digər amerikalı Endryu Korum da aktivinə 27 xal yazmaqla və 17 dəfə topu səbətin yanında ələ keçirməklə dabl-dabl edib.
Hesabat turunun qalan üç oyunu şənbə günü, fevralın 18-də keçiriləcək. Həmin gün "Sabah" – "Gəncə", "Neftçi" – "Olimpik" Bakıda, yerli "Zirvə" və "Sərhədçi" isə Astarada üz-üzə gələcəklər.
Məğlubiyyətə baxmayaraq, "NTD" 31 xal toplayaraq turnir cədvəlindəki liderliyini qoruyub saxlayır. "Sərhədçi", "Sabah" və "Sərhədçi" ondan 2 xal geridə olsalar da, ilk iki klubun ehtiyatda hələ bir oyunu da var. "Gəncə" (26 xal), "Neftçi" (23), "Olimpik" (19), "Zirvə" (18) turnir cədvəlinin ikinci yarısında qərarlaşıblar.
Onu da əlavə edək ki, Azərbaycan çempionatında cari mövsüm yüksək səviyyədə və hər bir klubda əcnəbi futbolçuların iştirakı ilə keçirilən ilk mövsüm olduğu üçün unikaldır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.