PAYTAXT XƏBƏRLƏRİ

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni təyinat

Bundan sonra ATU-nun III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov Tədris Cərrahiyyə Klinikasının direktorunun müalicə işləri üzrə yeni müavini vəzifəsini icra edəcək.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoruna müalicə işləri üzrə yeni müavin təyin olunub. Bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.
Qeyd edilib ki, bundan sonra bu vəzifəni ATU-nun III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov icra edəcək.
Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilin təqdimatı əsasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli müvafiq əmr imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.