FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Zəlzələnin dağıtdığı Nurdağı fotolarda

Türkiyənin Nurdağı şəhəri tamamilə söküləcək.
Sputnik
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.
1 / 10

Türkiyənin cənubundakı Nurdağı şəhərində yerli sakinlər dağılmış binanın qarşısından keçirlər.

2 / 10

Türkiyənin cənubundakı Nurdağı şəhərində dağılmış binalar.

3 / 10

Nurdağı şəhərində dağılmış binalar arasında sağ qalanları axtaran xilasedicilərin fonunda foto çərçivəsini əlində tutan yerli sakin.

4 / 10

Xilasedicilər Nurdağıda dağılmış binalar arasında sağ qalanları axtarırlar.

5 / 10

Qaziantep bölgəsində qadın dağılmış binanın qarşısında dayanıb.

6 / 10

Türkiyənin Nurdağı şəhərində dağılmış binaların dağıntıları arasında axtarış-xilasetmə qrupunun üzvləri.

7 / 10

Türkiyənin Nurdağı şəhərində dağılmış bina.

8 / 10

Yerli sakinlər Nurdağı şəhərində dağılmış binaların dağıntıları altında sağ qalanları xilas edən xilasediciləri və mülki şəxsləri izləyirlər.

9 / 10

Türkiyənin Qaziantep bölgəsində dağılmış bina.

10 / 10

Türkiyənin Nurdağı şəhərində xilasedicilər dağılmış binaların altında qalan insanları axtararkən dağıntılar üstündə oturan qadın.