BAKI, 16 fevral — Sputnik. Almaniyanın Ukraynaya əvvəlcə vəd etdiyindən daha az tank alacağını etiraf etməsi Qərbin Ukrayna Silahlı Qüvvələrinə dəstək verməməsinin sübutudur.
Bu fikri "Bloomberg"in şərhçisi Arne Delfs bildirib.
Jurnalistin fikrincə, Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriusun etirafı Qərb müttəfiqlərinin Ukrayna ordusuna "yaxın həftələrdə hərbi əməliyyatların gözlənilən intensivləşməsinin öhdəsindən gəlmək"də kömək etmək cəhdinin uğursuzluğunu göstərib.
Materialda, həmçinin, qeyd olunur ki, Polşa Kiyevə göndərilmək üçün 30-a yaxın "Leopard 2" A4 tankı hazırlayıb, lakin onların çoxu bərbad vəziyyətdədir və ona görə də təmirə ehtiyac var.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın ilk olaraq "Leopard 2" batalyonunun yarısını alacağını bildirmişdi.
Onu da qeyd edək ki, Niderland və Danimarka Ukrayna tərəfinə "Leopard 2" tanklarını verməkdən imtina edib.