TƏHSİL

Fevralın 21-dən şagird yerdəyişməsinə başlanılır

Sözügedən tarixdən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.
Sputnik
BAKI, 16 fevral - Sputnik. 21 fevral saat 11:00-dan etibarən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, sözügedən tarixdən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.