BAKI, 16 fevral - Sputnik. Ermənistanın keçmiş müdafiə naziri Viqen Sarkisyan axtarışa verilib.
APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
O, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Belə ki, ona qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə Sarkisyan hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib. Bununla bağlı məhkəmə sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsi ilə bağlı vəsatəti təmin etmişdi.