BAKI, 16 fevral — Sputnik. Ağdamın işğaldan azad olunmuş 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49483 ədəd tank və piyada əleyhinə mina var.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov deyib.
O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. O da qeyd olunub ki, Ağdamda örüş əraziləri hələlik təyin edilməyib.
ANAMA əməkdaşı təkcə Ağdamda 64 mina hadisəsinin baş verdiyini açıqlayıb (APA).