BAKI, 15 fevral — Sputnik. Qazıntı şəklində əldə edilən enerji mənbələrindən bərpa olunan enerji mənbələrinə keçid yaxın gələcəkdə baş verməyəcək. Bu poses bir neçə onilliklər çəkəcək.
Bu fikri çərşənbə günü amerikalı iş adamı İlon Mask Dubayda keçirilən Dünya Hökumət Sammitində videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
"Aydındır ki, bərpa olunan enerji mənbələrinə, külək enerjisinə, günəş enerjisinə, elektrik nəqliyyat vasitələrinə keçid var. Faiz ifadəsində bu sahə çox sürətlə böyüyür. Amma mədən yanacaqlarına əsaslanan hazırkı iqtisadiyyat çox böyük sənaye bazasına malikdir. Hətta əgər birdən dünyada istehsal olunan bütün avtomobillər elektrik enerjisi ilə çalışmağa başlasa belə, bu gün əlimizdə mövcud olanların hamısının dəyişdirilməsi, təxminən, 20 il çəkəcək", - deyə o, bildirib.
"Beləliklə, hər şey çox tədricən baş verir. Mən 30-40 illik bir zaman çərçivəsi haqqında danışardım", - deyə Mask əlavə edib.