PAYTAXT XƏBƏRLƏRİ

Bakıda marşrut avtobusu iki piyadanı vurdu, biri öldü

81 saylı marşrut avtobusu yolu keçən iki piyada -1990-cı il təvəllüdlü Amin Budaqov və 1979-cu il təvəllüdlü Rəsul Tomayevi vurub.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
81 saylı marşrut avtobusu yolu keçən iki piyada -1990-cı il təvəllüdlü Amin Budaqov və 1979-cu il təvəllüdlü Rəsul Tomayevi vurub. A.Budaqov hadisə yerində ölüb, R.Tomayev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb. (Trend)
Xatırladaq ki, ötən ay Bakıda avtobus məktəblini vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 10-da saat 16:30 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
44 saylı marşrut üzrə hərəkət edən "Daevo" markalı xətt avtobusu 10 yaşlı məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib. Araşdırma aparılır.