BAKI, 15 fevral — Sputnik. Qərbin Moskvaya qarşı hibrid müharibəsinin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda bildirib.
"Bu gün ABŞ və onun “satellitləri” Ukrayna milli radikallarından bir taran kimi istifadə edərək, bizə qarşı uzun illərdir hazırlanmış hərtərəfli hibrid müharibə aparır. Bu müharibənin məqsədi gizlədilmir: Bu təkcə ölkəmizi döyüş meydanında məğlub etmək, Rusiya iqtisadiyyatını məhv etmək deyil, həm də bizi sanitar kordonla əhatə etmək, bizi bir növ təklənmiş ölkəyə çevirməkdir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Qərbin Ukraynanı Rusiya əleyhinə istifadə edilən əraziyə çevirməklə geri dönüşü olmayan həddə çatdığı barədə də fikir bildirib.
Onun sözlərinə görə, kollektiv Qərb Şimali Atlantika Alyansının şərqə doğru genişlənməsi də daxil olmaqla, "Rusiyanı uzunmüddətli cilovlamağı" qarşısına məqsəd qoyub. Bundan əlavə, Lavrov vurğulayıb ki, Qərbin Rusiya Federasiyasına münasibətdə tutduğu kurs "qardaş Ukraynanın anti-Rusiyaya, rusofob hərbi mübarizə meydanına çevrilməsini" ehtiva edir..
Sonda xarici işlər naziri əlavə edib ki, Moskva uzun müddətdir Qərb həmkarlarının həqiqi motivləri ilə bağlı illüziyalar qurmur. Onun sözlərinə görə, Qərb hələ SSRİ-yə söz verdiyi NATO-nu genişləndirmək öhdəliyini yerinə yetirməyib.
Qeyd edək ki, bundan əvvəl Sergey Lavrov kollektiv Qərbin Rusiyanı hər şeydən təcrid olunmuş dövlətə çevirmək niyyətində olduğu barədə bəyanat verib.