RUSİYA

Rusiya XİN-dən Türkiyəyə döyüş təyyarələrinin tədarükü ilə bağlı açıqlama

Nazirliyin dördüncü Avropa departamentinin direktoru bildirib ki, Ankara Rusiyanın hərbi aviasiya sahəsində məhsullarını almaqda maraqlı olarsa, Rusiyanın müvafiq idarələri müvafiq müraciətləri işləyəcəklər.
Sputnik
BAKI, 14 fevral — Sputnik. "Ankaranın ciddi marağı olarsa, Rusiya Türkiyəyə hərbi təyyarələrin tədarükü ilə bağlı müraciətləri işləməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson RİA Novosti-yə bildirib.
Daha əvvəl Türkiyənin müdafiə sənayesi nazirliyinin rəhbəri İsmayıl Dəmir bildirmişdi ki, ABŞ F-16 təyyarələri ilə bağlı razılaşma uğursuz olarsa, Türkiyə Rusiyadan Su-35 qırıcılarını almağı düşünə bilər.
Su-35 çoxməqsədli döyüş təyyarəsi, arxiv şəkli
ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarıldığı barədə rəsmi bildiriş göndərmişdi.
Vaşinqton F-35 layihəsində qalan yeddi tərəfdaşla - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə imzalayaraq, Türkiyə ilə F-35 ilə bağlı ortaq memorandumu ləğv edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ-dan beşinci deyil, dördüncü nəsil F-16 qırıcılarının alınması təklifini açıqlayıb. Məsələ isə ABŞ Konqresində razılaşdırılmalıdır. Dövlət Departamenti bunun üçün lobbiçilik edir, konqresmenləri razı salır ki, saziş Vaşinqtonun maraqlarına xidmət edir.

"Ankara Rusiyanın hərbi aviasiya sahəsində məhsullarını almaqda maraqlı olarsa, Rusiyanın müvafiq idarələri müvafiq müraciətləri işləyəcəklər", - diplomat bildirib.

F-35 qırıcı təyyarəsi, arxiv şəkli
Pilipson vurğulayıb ki, Rusiya rəhbərliyi dəfələrlə bəyan edib ki, yerli müəssisələr Rusiya ordusunun tələbatını və istənilən istiqamətdə, o cümlədən müasir yüksək texnologiyalı müəssisələrin hesabına ehtiyaclarını tam ödəyə bilirlər.