BAKI, 14 fevral — Sputnik. Bu günə qədər Rusiya Federasiyası ilə Bolqarıstan arasında diplomatik münasibətlərin tamamilə kəsilməsi məsələsi gündəmdə olmayıb, bu, iki ölkə xalqlarının maraqlarına cavab verməyəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson deyib.
Yuri Pilipson
© Photo : Russian MFA
Bolqarıstanın sabiq baş naziri Kiril Petkov iyunun sonunda diplomatik fəaliyyət adı altında təhlükəsizlik xidmətlərində işlədiyi iddia edilən 70 rusiyalı diplomatın Bolqarıstandan qovulduğunu açıqlamışdı. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, diplomatik missiyanın 70 əməkdaşının adı olan şifahi nota Rusiya səfiri Eleonora Mitrofanovaya təqdim edilib.
"Təbii ki, Bolqarıstandakı xarici nümayəndəliklərimiz kadr çatışmazlığı səbəbindən işlərində çətinliklərlə üzləşirlər. Konsulluq xidmətlərində problemlər var və nəticədə həm soydaşlarımız, həm də konsulluq xidmətinə müraciət edən Bolqarıstan vətəndaşları narahatlıqla üzləşirlər", - diplomat bildirib.
Bolqarıstanın Rusiyaya qarşı qeyri-dost hərəkətləri ilə bağlı təcrübəsi genişdir.
Onun sözlərinə görə, ölkə rəhbərliyi tez-tez qərblilərin rusofob kampaniyasında ön sıralarda yer alır, lakin bu gün ölkələr arasında diplomatik münasibətlərin tamamilə kəsilməsi məsələsi gündəmdə deyil.
"Biz əminik ki, belə bir ssenari xalqlarımızın köklü maraqlarına cavab verməyəcək. Gec-tez məsuliyyətli, qərəzsiz liderlər Bolqarıstanda nəzakətli üslub ortaya qoymağa başlayacaqlar və sonra biz praqmatikaya qayıda biləcəyik", - diplomat deyib.
Eyni zamanda diplomat bildirib ki, hələlik Moskva simmetrik və ya asimmetrik tədbirlərin köməyi ilə rəsmi Sofiyanın anti-Rusiya hücumlarına adekvat cavab verməkdə davam edəcək.
"Digər dövlətlərin diplomatlarının sübuta yetirilmədən ölkədən çıxarılması təşəbbüsü bizim praktikamızın bir hissəsi deyil. Bir qayda olaraq, bunu Avro-Atlantik blokun "demokratik" ölkələri, onların müttəfiqləri və peykləri edir. Biz cavab veririk", - Pilipson fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.