RUSİYA

Qərbin Rusiyaya qarşı iqtisadi blitskriqi uğursuzluğa düçar olub

Məhdudiyyətlər istənilən iqtisadiyyatı yer üzündən silməli idi. Lakin Rusiya bu zərbəyə tab gətirdi.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Qərb Rusiya ilə görünməmiş iqtisadi döyüşdə məğlub oldu. Rusiya Federasiyasına qarşı iqtisadi blitskriq uğursuzluğa düçar oldu.
Bu fikri şərhçi Andjey Şesnyak "Myśl Polska" üçün yazdığı məqalədə qeyd edib.
O yazıb ki, xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Federasiyasına qarşı 11 min yeni sanksiya tətbiq edilib. Məhdudiyyətlərin ümumi sayı 13,7 minə çatıb ki, bu da dünyanın bütün digər ölkələri üçün tətbiq ediləndən xeyli çoxdur.
Şesnyak hesab edir ki, bu cür məhdudiyyətlər "istənilən iqtisadiyyatı yer üzündən silməli idi". Lakin Rusiya bu zərbəyə tab gətirdi.
Bundan əvvəl Rusiya Mərkəzi Bankı qeyd edib ki, 2022-ci ilin yazında ölkə iqtisadiyyatı ÜDM-in əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcək çoxlu sayda şoklarla üzləşib. Bununla belə, iqtisadiyyat gözlənildiyindən daha çox dayanıqlılıq nümayiş etdirib.
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, bu il iqtisadi sahədə bütün göstəricilərdə cüzi artım gözlənilir.