BAKI, 14 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev ötən il Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Xovayevin yeni statusu 2022-ci ilin fevralın 24-dən Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüy”ü çərçivəsində Moskva ilə bütün əlaqələri məhdudlaşdırması ilə bağlıdır.