İQTİSADİYYAT

Mərkəzi Bank bu il nağdsız ödənişlərin payını 48 faizə qaldırmaq istəyir

2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olub.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Ödәniş kartları ilә aparılan ölkәdaxili әmәliyyatlarda nağdsız dövriyyәnin xüsusi çәkisinin 48%-ә çatdırılması hәdәflәnib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə "Rəqəmsal ödənişlər icmalı"nda bildirilir.
2023-cü il әrzindә Mәrkәzi Bank tәrәfindәn "Azәrbaycan Respublikasının Mәrkәzi Bankının 2021-2023-cü illәr üçün rәqәmsal ödәniş strategiyası"nın hәdәflәrinә uyğun olaraq, aşağıdakı istiqamәtlәr üzrә tәdbirlәrin icrası davam etdirilәcәk:
1.
Rәqәmsal ödәnişlәr üzrә qanunvericiliyin tәkmillәşdirilmәsi vә innovativ hәllәrin tәqdim edilmәsi;
2.
Rәqәmsal ödәniş infrastrukturunun әhatә dairәsinin genişlәndirilmәsi;
3.
Ödәniş ekosisteminin risk әsaslı tәnzimlәmә vә nәzarәt çәrçivәsinin formalaşdırılması;
4.
Rәqәmsal ödәnişlәr üzrә inklüzivliyin artırılması vә mәsafәli bank xidmәtlәrinә universal çıxışın tәmin edilmәsi;
5.
Maliyyә savadlığının artırılması, biznes vә әhalinin rәqәmsal ödәniş xidmәtlәrindәn aktiv istifadәyә tәşviq edilmәsi.
Eyni zamanda, qeyd edilәn strategiyanın vә müasir dövrün tәlәblәrinә uyğun olaraq, cari hesablardan aparılan müştәri köçürmәlәrindә elektron bankçılığın xüsusi çәkisi üzrә indikator göstәricisinin 2023-cü il üçün 85%-ә, tәmassız ödәnişlәri dәstәklәyәn kartların ümumi bazar payının 75%-ә, ödәniş kartları ilә aparılan ölkәdaxili әmәliyyatlarda nağdsız dövriyyәnin xüsusi çәkisinin isә 48%-ә çatdırılması hәdәflәnib.
Azərbaycan Mərkəzi Bankı
Qeyd edək ki, 2022-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2021-ci il ilə müqayisədə 56% artaraq 56.4 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2.1 dəfə artaraq 24.4 mlrd. manat olub. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2021-ci il ilə müqayisədə 11.4% bəndi yüksələrək 43.2%-ə bərabər olub.
Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2022-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2021-ci il ilə müqayisədə 2.4 dəfə artaraq 261 mln. ədəd, həcmi isə 2.5 dəfə artaraq 18.5 mlrd. manat olub.