BAKI, 14 fevral — Sputnik. Heç kimə sirr deyil ki, xüsusi əməliyyat iştirakçıları tez-tez düşmən tərəfində vuruşan muzdluların xarici dildə danışıqlarını eşidirlər. Bu, uzun müddətdir ki, baş verir, lakin xüsusi hərbi əməliyyarln (XHƏ) gedişatına təsir etməyəcək. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Mənə bilavasitə xüsusi hərbi əməliyyatın keçirilməsinin nüansları ilə bağlı suallar verirsiniz, onları Müdafiə Nazirliyinə ünvanlamaq daha yaxşıdır. Hərbçilərimizin ön xətdə xarici dildə danışıqları, əcnəbi muzdluları eşitməsi sirr deyil. Bu son günlərin hadisəsi deyil, çoxdandır ki, baş verir. O, hadisələrin gedişatını dəyişə bilərmi? Xeyr, ola bilməz", - deyə Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, münaqişəni uzada bilər: "Ukrayna xalqına daha çox iztirab gətirə bilər, lakin bu, hadisələrin gedişatını dəyişdirmək iqtidarında deyil".
Peskov bildirib ki, NATO düşmən təşkilatdır, bunu hər gün təsdiqləyir və Ukrayna münaqişəsində iştirakını getdikcə daha aydın şəkildə göstərir.
Peskov jurnalistlərə deyib: "NATO bizə düşmən olan, düşmənçiliyini hər gün təsdiqləyən və Ukrayna ətrafındakı münaqişədə iştirakını mümkün qədər aydın göstərməyə çalışan bir təşkilatdır. Təbii ki, bu, müəyyən ehtiyat tədbirlərini tələb edir".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.