BAKI, 14 fevral — Sputnik. Çin Xarici İşlər Nazirliyi NATO-ya xəbərdarlıq edib. Pekin Şimali Atlantika Alyansını Çinə böhtan atmağı və xəyali düşmənlər yaratmağı dayandırmağa çağırıb. Bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.
"Çin NATO-nu əsassız ittihamları dayandırmağa, xəyali düşmənlər yaratmağa, səlahiyyətlərini aşmağa son qoymağa çağırır", - Vanq Venbin bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirmişdi ki, Rusiya və Çin ikitərəfli əməkdaşlığı bütün sahələrdə fəal şəkildə inkişaf etdirəcək.
Onun sözlərinə görə, Çin-Rusiya münasibətləri bloklara qoşulmama, qarşıdurmaya getməmək prinsiplərinə əsaslanır və üçüncü tərəflərə qarşı yönəlməyib, aydın tarixi məntiqə əsaslanır və güclü daxili hərəkətverici qüvvəyə malikdir:
"Hər iki tərəf dövlət başçılarının strateji rəhbərliyi altında xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığı bundan sonra da fəal şəkildə davam etdirəcək", - Çin XİN-in sözçüsü bildirib.