PAYTAXT XƏBƏRLƏRİ

Bakıda çoxmərtəbəli yaşayış binasında araşdırmalara başlanıb - Sütunları kəsiblər

Bu işlərin binanın dayanıqlığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı FHN araşdırma aparacaq.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) tikinti və yanğın təhlükəsizliyi normalarının pozulması faktı üzrə araşdırmalara başlayıb. Bu barədə Sputnik Azərbaycan-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən "Park Azure" kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olub.
Daxil olmuş müraciət əsasında aparılmış qanunsuz yenidənqurma işləri dayandırılaraq, bu işlərin binanın dayanıqlığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.