İQTİSADİYYAT

Azərbaycanda qeyri-neft-qaz sektorunda sənaye istehsalı 2% artıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4% artıb.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,3% az sənaye məhsulu istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Neft-qaz sektorunda məhsul istehsalı 4,9% azalıb, qeyri-neft-qaz sektorunda isə 2% artıb.
Sənaye məhsulunun 74,1%-i mədənçıxarma sektorunda, 20,5%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9%, əmtəəlik qaz hasilatı isə 1,3% azalıb.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 80,3%, poliqrafiya məhsullarının istehsalı 75,6%, kağız və karton istehsalı 44,9%, kompüter, elektron və optik məhsulların istehsalı 44,6%, elektrik avadanlıqlarının istehsalı 30,9%, geyim istehsalı 25,4%, içkilərin istehsalı 24,1%, tikinti materiallarının istehsalı 20,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 17,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9% artıb, qida məhsullarının istehsalı 0,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,6%, tütün məmulatlarının istehsalı 4,2 %, neft məhsullarının istehsalı 9%, kimya sənayesi məhsullarının istehsalı 18,1%, mebel istehsalı 18,6%, sair nəqliyyat vasitələrinin istehsalı 23,5%, hazır metal məmulatlarının istehsalı 24,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 37,7%, əczaçılıq məhsullarının istehsalı 45,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 49,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.