BAKI, 14 fevral — Sputnik. Qış iqtisadi proqnozuna görə, Avropa İttifaqı istehlak qiymətləri artımının pik həddini keçib.
Avropa Komissiyası belə hesab edir.
"Üç aylıq azalan inflyasiya göstəriciləri təsdiqləyir ki, payızda proqnozlaşdırıldığı kimi, pik həddi artıq arxada qalıb", - Ak bildirib.
Keçən il Avropa İttifaqında inflyasiya rekord səviyyəyə çataraq 11%-lik həddi keçib.
Xatırladaq ki, Avropa Komissiyası fevralın 13-də qış iqtisadi proqnozunda Avropa İttifaqında cari il üçün inflyasiya proqnozunu payız proqnozundaki 7,0%-dən 6,4%-ə endirib. 2024-cü il üçün proqnoz 3.0%-dən 2.8%-ə endirilib. 2022-ci ildə Aİ-də inflyasiya payızda gözlənilən 9,3%-ə qarşı 9,2% təşkil edib.