BAKI, 14 fevral — Sputnik. ABŞ-ın "Apple" korporasiyası texnologiya nəhənginin böyük ümid bəslədiyi Hindistanda istehsal həcmini artırmaqda bəzi çətinliklərlə üzləşir. Bu barədə çərşənbə axşamı mənbələrə istinadən "Financial Times" qəzeti yazıb.
Mənbələrdən birinə görə, "Apple"ın Cənubi Asiya ölkəsindəki fəaliyyətinin genişlənməsinə maddi-texniki, infrastruktur problemləri, eləcə də məhsulun keyfiyyəti ilə bağlı çətinliklər mane olur.
Belə ki, Hindistanın "Tata Qroup" konqlomeratına məxsus Cənubi Hindistanın Hosur şəhərindəki zavodda "Apple" üçün istehsal olunan komponentlərin yalnız yarısı Tayvanın "Foxconn" zavoduna daha sonra göndərilmək üçün yararlıdır.
Vəziyyəti düzəltmək üçün xarici korporasiya Hindistandakı müəssisələrə ABŞ və Çindən tərtibatçılar və mühəndislər göndərir.
Analitiklər Cənubi Asiya respublikasının "Apple" üçün böyük potensialını qeyd edirlər.
"The Rambler" isə yazır ki, beynəlxalq konsaltinq şirkəti olan "Bain & Company"ə görə, elektronika da daxil olmaqla Hindistandan ixrac gələcək illərdə iki dəfədən çox: 2028-ci ildə 418 milyard dollardan 1 trilyon dollara qədər, bəlkə də daha çox arta bilər.