BAKI, 13 fevral — Sputnik. ABŞ hakimiyyətinin amerikalıları Rusiyanı tərk etməyə çağırması ilk dəfə deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Rusiyaya səfər etməmək və ya oranı tərk etmək barədə çağırışları ilk dəfə eşitmirik. ABŞ Dövlət Departamenti bunu dəfələrlə səsləndirib, bu, yenilik deyil", - Kremlin sözçüsü deyib.
Xatırladaq ki, ABŞ səfirliyinin Rusiyadakı vətəndaşlarına ölkəni tərk etməyə çağırışı bir gün əvvəl dərc olunub.
Peskov, ABŞ səfirliyinin "Rusiya Federasiyasının ABŞ vətəndaşlarının ikili vətəndaşlığının tanınmasını inkar edə, onları konsulluq yardımından məhrum edə, səfərbər edə və ya hərbi xidmətə çağıra bilər" xəbərdarlığını da şərh edib.
"Orada ikili vətəndaşlığı olan vətəndaşlar qeyd olunur. Bizim üçün bu vətəndaşlar, ilk növbədə, hansı vətəndaşlığa malik olmasından asılı olmayaraq, Rusiya vətəndaşlarıdır", - deyə o, vurğulayıb.