CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə zəlzələdə xəsarət alan uşaqlar Bakıya gətirildi

Zəlzələ zamanı xəsarət alan 10 uşaq müalicə üçün Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq müalicə üçün Bakıya gətirilib.
"Report" xəbər verir ki, həmin uşaqlar K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.