RUSİYA

Sanksiyalar Rusiya ilə İran arasında əməkdaşlığa mane olmur - Zaxarova

Fransa Prezidenti Emmanuel Makron Tehranın Moskvaya dəstəyinin İrana qarşı sanksiyalara və təcridin artmasına səbəb ola biləcəyini bildirmişdi.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Xarici təzyiqlər və sanksiyalar Moskva ilə Tehran arasında əməkdaşlığa mane olmur, qeyri-qanuni məhdudiyyətlər, əksinə, ikitərəfli münasibətlərdə əvvəlki illərdə yaranmış müsbət meyillərin güclənməsinə xidmət edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Fransa Prezidenti Emmanuel Makronun Tehranın Moskvaya dəstəyinin İrana qarşı sanksiyalara və təcridin artmasına səbəb ola biləcəyi ilə bağlı bəyanatını şərh edən diplomat, Rusiya və İranın qərblilərin fikrini nəzərə almadan qarşılıqlı faydalı əməkdaşlıq qurduğuna işarə edib.
"Xarici təzyiqlər və sanksiyalar buna mane olmur. Əksinə, qeyri-qanuni məhdudiyyətlər qismən hətta Rusiya-İran ticarətinin artması baxımından əvvəlki illərdə yaranmış müsbət tendensiyaların güclənməsinə kömək edir", - diplomat qeyd edib.