SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: "Azad edilmiş ərazilərin enerji potensialı araşdırılır"

Prezident İlham Əliyev bildirib ki, azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır.
Sputnik
BAKI, 13 fevral — Sputnik. "Azərenerji" ilə İtaliyanın "Ansaldo" şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. "Azərenerji" ilə "Ansaldo" arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb.
Bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
Dövlət başçısı deyib:
"Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də "Ansaldo" və "Azərenerji" tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır".
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident: "Mingəçevir ES-in yenidən qurulması prioritet məsələlərdən biri idi"