DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın keçmiş müdafiə nazirinə qarşı ittiham irəli sürülüb

Ermənistan Baş prokurorluğu sabiq müdafiə nazirinin vəzifə səlahiyyətlərini aşması nəticəsində ağır nəticələrə gətirib çıxaran əməllərdə təqsirli olduğunu bildirib.
Sputnik
BAKI, 13 fevral — Sputnik. "Ermənistan" fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
Bu barədə Ermənistan Baş prokurorluğu məlumat yayıb.
Prokurorluq 2008-2009-cu illərdə Seyran Ohanyanın 1,2 və 0,9 hektar sahəsi olan torpaq sahələrini Müdafiə Nazirliyinin ehtiyacının olmaması səbəbi ilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılması barədə qərar verdiyini, habelə vəzifə səlahiyyətlərini aşması nəticəsində ağır nəticələrə gətirib çıxaran digər əməllərdə təqsirli olduğunu bildirib.
Parlament onu cinayət işləri ilə bağlı deputat toxunulmazlığından məhrum edib.