DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə daha bir faciənin eşiyindən döndü: Zavodda güclü partlayış olub, yaralılar var

Yaralıların bəziləri təcili yardım maşınları tərəfindən Susurluk Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 5 nəfər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Türkiyənin Balıkesir şəhərinin Susurluk rayonunda zavodda qaz sızması nəticəsində baş verən partlayışda 18 nəfər yaralanıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadası göndərilib.
Yaralıların bəziləri təcili yardım maşınları tərəfindən Susurluk Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 5 nəfər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.