HADİSƏ

Şəmkirdə ağır yol qəzası olub, ölən var

Əfqanıstan vətəndaşları Abdulvahab Əlavi (1980), Mühəmməd Mehdi Əhmdi (1984) və Səyad Nazari (1998) xəsarət alıblar.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Şəmkir rayonunun Şiştəpə kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha altı nəfər isə xəsarət alıb.
Qəza səbəbindən Şiştəpə kəndində iki avtomobilin toqquşması nəticəsində Nağıyeva Təranə Bədir qızı (1971) vəfat edib, Nağıyeva Nəzrin Vüqar qızı (2005), Nağıyeva Nəsibə Vaqif qızı (1975), Rəfiyev Mayis (1989) və Əfqanıstan vətəndaşları - Abdulvahab Əlavi (1980), Mühəmməd Mehdi Əhmdi (1984) və Səyad Nazari (1998) xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.