BAKI, 12 fevral - Sputnik. Fevralın 13-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Abşeron yarımadasında mülayim gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Həmçinin Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət də açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.