BAKI, 12 fevral - Sputnik. Roma Papası Fransisk dağıdıcı zəlzələdən zərər çəkən Türkiyə və Suriya xalqına kömək etməyi unutmamağa çağırıb.
“Əziz qardaş və bacılar, gəlin zəlzələdən zərər çəkmiş Suriya və Türkiyə əhalisinə dua və konkret yardımla yaxın olmağa davam edək”, - deyə o, bazar günü Müqəddəs Pyotr meydanında etdiyi xütbənin sonunda deyib.
"Mən televiziya proqramında bu fəlakətin görüntülərini, bu xalqların ağrılarını gördüm. Gəlin onlar üçün dua edək və onlar üçün nə edə biləcəyimizi düşünək", - pontifik bildirib.
Təbii fəlakətdən sonra pontifik Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərərçəkənlərə dua etdiyini deyib və konkret köməklik göstərilməsinə çağırıb.
Bazar ertəsi Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin pontifik adından təbii fəlakətdən zərər çəkmiş hər iki ölkənin Apostol Nunsioslarına (Vatikan səfirləri) başsağlığı teleqramları göndərib.