DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əsrin fəlakətində 7-ci gün: Türkiyədə həlak olanların sayı 30 minə çatır

Türkiyənin Fövqəladə Hallar Nazirliyi Kahramanmaraşda 10 vilayətdə baş verən 7,7 - 7,6 bal gücündə iki zəlzələdə indiyədək 29 605 nəfərin həyatını itirdiyini, 147 934 fəlakət qurbanının isə başqa vilayətlərə təxliyə edildiyini açıqlayıb.
Sputnik
BAKI, 12 fevral - Sputnik. Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb.
Bu barədə Türkiyə Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda saat 15.55-ə kimi Kahramanmaraş mərkəzli zəlzələlərdə 29 605 nəfərin həyatını itirdiyini, 147 934 fəlakət qurbanının isə başqa vilayətlərə təxliyə edildiyini bildirib.
***
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələdən sonra 10 vilayətdə xilasetmə işləri davam edir.
“Əsrin fəlakəti” adlandırılan zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. V
Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələlərdə həyatını itirənlərin sayının 24 min 617-yə yüksəldiyini açıqlayıb.
Ətraf mühit və şəhərsalma naziri Murat Kurum isə zəlzələ nəticəsində ölkəyə dəyən zərəri açıqlayıb.
"10 vilayətdə 171 min 882 bina araşdırıldı. 24 min 921 binada 120 min 940 müstəqil hissənin məhv olduğunu, dərhal sökülmə zərurəti yarandığını və ya ciddi ziyan gördüyünü aşkar etdik", - deyə o, bildirib.
Nəqliyyat və İnfrastruktur Naziri Karaismailoğlu isə konteyner şəhərləri qurmaq üçün işə başladıqlarını ifadə edib:
"Konteynerlərimiz Adıyamana gəlməyə başladı. Bu konteyner şəhərlərinin infrastrukturunu hazırlamağa başladıq, yerlərini təyin etdik".