PAYTAXT XƏBƏRLƏRİ

Dubay-Mahaçqala reysi üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib

Təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən "Boeing 737" təyyarəsinin Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi üçün sorğu göndərib.
Sputnik
BAKI, 12 fevral - Sputnik. "flyDubai" aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.
Sərnişinlər və heyət hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.