DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampın iqamətgahında əlavə məxfi sənədlər tapılıb

ABŞ-ın keçmiş pvitse-prezidentinin iqamətgahında da gizli sənəd tapılıb
Sputnik
BAKI, 11 fevral - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri onun iqamətgahında əlavə məxfi sənədlər taparaq Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssislərinə təhvil veriblər.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Gizli sənədlər ötən ilin dekabrında Trampın Mar-a-Laqo malikanəsində (Florida) aşkar edilib.
Açıqlanmayan məxfi sənədlərlə yanaşı, vəkillər keçmiş prezidentin köməkçilərindən birinə məxsus noutbuk və üzərində “gizli axşam brifinqi” yazılmış boş qovluq da tapıblar.
Keçmiş Amerika liderinin vəkilləri tapılan sənədləri, noutbuku və qovluğu FTB ekspertlərinə təhvil veriblər.
DÜNYA XƏBƏRLƏRİ
FTB Mayk Pensin evində axtarış aparıb