PAYTAXT XƏBƏRLƏRİ

Azərbaycanın pravoslavları da Türkiyənin çətin günündə yardım əlini uzadır - FOTO

Paytaxtın bir neçə kilsəsində toplanan humanitar yardım toplama mərkəzlərindən birinə çatdırılıb.
Sputnik
BAKI, 11 fevral - Sputnik. Azərbaycanın pravoslav xristianları Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkən insanlara humanitar yardım aksiyasına qoşulublar.
Bakı və Azərbaycan Yeparxiyasından verilən xəbərə görə, Bakı Yeparxiya İdarəsi tərəfindən humanitar yardım toplama məntəqəsinə isti adyal dəstləri təqdim olunub.
Azərbaycanın pravoslav xristianları Türkiyəyə dəstək göstərirlər
Bakı şəhəri Mixail Arxangel kilsəsi nəzdindəki xeyriyyəçilik və sosial xidmət yeparxial bölməsi tərəfindən zəlzələdən zərərçəkənlər üçün yardım qəbulu məntəqəsi təşkil olunub. Məntəqəyə isti adyal, corab, papaq, əlcək, şarf, uşaq qidası, ərzaq və s. gətirib təhvil verirlər.
Azərbaycanın pravoslav xristianları Türkiyəyə dəstək göstərirlər
Bakıdakı Müqəddəs Məryəm ana kilsəsində də humanitar yardım toplanılıb. Humanitar yüklə dolu qutular toplama mərkəzlərindən birinə çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.