BAKI, 11 fevral - Sputnik. Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində məskunlaşmış Azərbaycan vətəndaşlarına müraciət edib.
Azərtac xəbər verir ki, bu barədə səfirlik tviterdə paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir”.
Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 min 327 nəfərə çatıb. Anadolu agentliyi xəbər yayıb ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, indiyədək təbii fəlakət nəticəsində 80 min 278 nəfər yaralanıb.