HADİSƏ

Türkiyədə zəlzələdə dağılan iqamətgahın podratçısı saxlanılıb

Türkiyə mediası podratçının Monteneqroya getmək istədiyini yazır.
Sputnik
BAKI, 10 fevral - Sputnik. Türkiyənin Hatay bölgəsində baş verən zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı saxlanılıb.
bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Həmin şəxs xaricə getmək istəyərkən İstanbul hava limanında tutulub.
Türkiyə mediası podratçının Monteneqroya getmək istədiyini yazır. Sabah qəzeti podratçının adının Mehmet Yaşar Coşkun olduğunu yazır.