BAKI, 10 fevral — Sputnik. Ermənistan müdafiə nazirinin müşaviri, general-mayor Vardan Avetisyan tutduğu vəzifədən azad edilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bununla bağlı əmr imzalayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyanın istefaya göndəriləcəyi xəbəri yayılmışdı.
Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və S.Papikyan artıq bu barədə razılığa gəliblər.
Bildirilib ki, N.Paşinyan bu yolla Azat kəndindəki hərbi hissədə 15 hərbçinin ölümü ilə nəticələnən yanğın hadisəsini unutdurmağa çalışacaq.