BAKI, 10 fevral - Sputnik. Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində Zirvə Görüşü martın 1-3-də Bakıda olacaq.
Qeyd edək ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir.
Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.