HƏRBİ

Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü

Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib.
Sputnik
BAKI, 10 fevral — Sputnik. Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.
Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. S.Hüseynov bu gün dəfn ediləcək.
S.Hüseynovun 3 azyaşlı övladı qalıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib: "Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır".