HADİSƏ

Azərbaycan Milli Məclisi Türkiyəyə generatorlar göndərib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına ölkənin Milli Məclisi də qoşulub.
Sputnik
BAKI, 10 fevral — Sputnik. Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına ölkənin Milli Məclisi də qoşulub.
MM ölkə Prezidentinin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.
MM ölkə Prezidentinin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
MM ölkə Prezidentinin təşəbbüsü ilə başlanmış humanitar yardım aksiyasına qoşulub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb. Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ nəticəsində yaralananların sayı 74 242 nəfərdir.