CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmini açıqlayıb

Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb. Statistik rəqəmlərə əsasən, 855 min manatlıq maddi yardım edilib.
Sputnik
BAKI, 9 fevral - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 6-9-da baş vermiş dəhşətli zəlzələdən sonra qardaş Türkiyəyə göndərilən humanitar yardım barədə statistik rəqəmləri açıqlayıb.
Bu barədə XİN-in rəsmi Twitter səhifəsində paylaşım edilib.
Belə ki, zəlzələ baş verən gündən Türkiyəyə 745 nəfərlik tibbi və xilasedici heyət yola düşüb.
Bununla yanaşı, 1 mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 generator, 14 380 ədəd zəruri ləvazimatlar, 32 480 isti geyim, 3 min bağlamadan ibarət qida məhsulları qardaş ölkəyə yola salınıb. Türkiyəyə 211 709 ədəd dərman və tibbi ləvazimatlar göndərilib.
Humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.
Statistik rəqəmlərə əsasən, 855 min manatlıq maddi yardım edilib.