BAKI, 9 fevral - Sputnik. Türkiyə Böyük Millət Məclisi (TBMM) 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi barədə qərarı təsdiq edib.
Fövqəladə vəziyyət rejimi 3 ay müddətində qüvvədə olacaq.
Qeyd edək ki, fevralın 7-də Türkiyədə zəlzələ ilə bağlı fövqəladə vəziyyət rejimi elan olunub.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Türkiyə parlamenti bu gün fövqəladə vəziyyətin elan edilməsinini səsverməyə çıxaracaq.
"Fövqəladə vəziyyətin tətbiqi ilə zəlzələ zonasında qanun pozuntularının qarşısı alınacaq", - Türkiyə lideri deyib.
Son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.