DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriyada zəlzələdə ölənlərin sayı 3,5 min nəfərə çatır

Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə isə ölüm sayı nisbətən azdır.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb. Azı 3 min nəfər isə yaralanıb.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
***
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb. Bu barədə xarici KİV məlumat yayıb.
Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1200-dən çox insanın həlak olduğu bildirilib.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir. Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 62937 nəfər yaralanıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.