BAKI, 9 fevral — Sputnik. Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 09-na olan məlumatına görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 9 sm, Xaltan 14 sm, Xınalıq 16 sm və Qrız kəndlərində 12 sm olub.
Xızının Altıağac qəsəbəsində 7 sm, Qusarın rayon mərkəzində isə 10 sm, Ləzə kəndində isə 20 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyədək enib.