PAYTAXT XƏBƏRLƏRİ

Qatarların sürət həddi küləkli hava şəraitinə uyğun tənzimlənir - ADY

Qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
QSC-dən verilən məlumata görə, həmçinin qatarların sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir.
Məlumatda qeyd olunur ki, sərnişinlərdən də öz növbəsində platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.