BAKI, 9 fevral — Sputnik. Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bunu M.Çavuşoğlu deyib.
"Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramov zəng etmişdi. Türkiyəyə gəlmək istədiyini dedi", - nazir söyləyib.
O həmçinin bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərif də Türkiyəyə səfər etmək istəyib.
Xatırladaq ki, bir müddət əvvəl də Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olmuşdu.
Ceyhun Başramov türkiyəli həmkarına zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb.
O, yaralıların tezliklə sağalmasını arzulayıb.
C.Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.