RUSİYA

Bolqarıstan prezidenti nüvə enerjisinə qarşı sanksiyaları qəbuledilməz adlandırıb

Sanksiyalar birbaşa Sofiyanın maraqlarına toxunduğu üçün Bolqarıstan onların tətbiqini dəstəkləməyəcək.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Bolqarıstan Rusiya Federasiyasının nüvə enerji sektoruna qarşı sanksiyaların tətbiqini dəstəkləməyəcək, çünki onlar birbaşa Sofiyanın maraqlarına toxunacaq.
Bunu Bolqarıstan lideri Rumen Radev deyib.
Onun sözlərinə görə, Sofiya sanksiyaların genişləndirilməsinin mümkün olduğu digər sahələri də nəzərdən keçirir. "Ancaq maraqlarımıza birbaşa toxunduğumuz yerdə biz çox diqqətli olacaq və veto qoymağa hazır olacağıq", - deyə Radev əlavə edib.
Macarıstanın baş naziri Viktor Orban da bir müddət əvvəl Rusiyanın nüvə enerjisinə qarşı mümkün sanksiyalara veto qoyduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu mövzuda "böyük döyüş" gözlənilir.
Fransanın "AgoraVox" nəşrinin yazarı Patris Bravo hesab edir ki, Rusiya Federasiyasının nüvə sənayesinə qarşı sanksiyalar Qərbə bumeranq kimi qayıda bilər. O xatırladıb ki, Rusiya ən böyük uran ixracatçılarından biridir.