BAKI, 9 fevral — Sputnik. Amerikalı veteran və yazıçı Noktis Dreyven Rusiya Prezidenti Vladimir Putini dəstəklədiyini bildirib.
O, özünün rəsmi "Twitter" səhifəsində Rusiya lideri ilə görüşərsə, onun əlini sıxacağını qeyd edib. Həmçinin, səbrinə, rus xalqı və bütün dünya üçün etdiklərinə görə ona təşəkkür edib.
"Ona deyərdim ki, mən və başqaları digərlərini təbliğat matrisindən həqiqətə doğru çəkmək üçün mübarizə aparırıq", – deyə veteran əlavə edib.
Dreyven daha əvvəl də ABŞ-dan olan muzdluların yanlış tərəfdə döyüşdüyü barədə fikirlərini bildirmişdi.
Bu günlərdə istefada olan amerikalı kəşfiyyatçı Skott Ritter qeyd edib ki, Rusiya prezidentinin xüsusi əməliyyat keçirmək qərarı ona NATO və ABŞ-la qarşıdurmada strateji təşəbbüsü ələ keçirməyə imkan verib.